26.09.2005
Network Technologies zamanla ayaqlaşır

Network Technologies Aztime Watch Company şirkəti üçün saat satışı üzrə elektron marketi hazırlamışdır. Resurs azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. www.aztime.az saytı ziyarətçilərə məşhur rus saat istehsalçıların məhsullarını və həmçinin Aztime Watch Company şirkətinin öz saatlarını almaq imkanı verir.
 
  25.05.2005
Network Technologies şirkətindən cəvahirat

Network Technologies ölkədə xüsusiləşmiş yeganə Yantar Aləmi kəhrəba dükanının promo-saytını hazırladı. Sayt www.amber.az. elektron ünvanında yerləşdirilmişdir.
 
  25.01.2005
AR Baş Prokurorluğunun veb-saytı hazırlanmışdır

Network Technologies Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi saytının hazırlanmasını yekunlaşdırdı. Resurs www.genprosecutor.gov.az ünvanında yerləşdirilmişdir və azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.
Sayt istifadəçilərə prokurorluq haqqında, mətbuat xidməti, beynəlxalq əlaqələr, qanunvericilik, qəbul və s. bölmələr üzrə informasiyanı təqdim edir. Resursda həmçinin korrpupsiyaya qarşı mübarizəyə və Azərbaycan Prokurorluğu jurnalına həsr olunmuş bölmələrdə mövcuddur.
Bu layihə çərçivəsində həmçinin yalnız struktur işçiləri üçün nəzərdə tutulan respublika qanunvericilik bazası üzrə axtarış sistemi yaradılmışdır.
 
  19.11.2004
Network Technologies ilə səyahət edirik.

Network Technologies Yunanıstana səyahət üzrə ixtisaslaşan Zorbas Travel (www.zorbas.az) turizm agentliyinin saytını hazırladı. Saytda şirkətin təqdim etdiyi turlar və həmçinin Yunanıstan haqqında çoxlu sayda lazımi məlumatlar yerləşdirilmişdir. Resurs ingilis və rus dillərində fəaliyyət göstərir, yaxın günlərdə isə azərbaycan versiyası işıq üzü görəcək.
 
  22.10.2004
Siemens AG Azərbaycan nümayəndəliyi üçün resurs yaradıldı

Network Technologies elektrotexnika və elektron məhsullarının dünya üzrə aparıcı istehsalçılardan biri olan Siemens AG konserninin Azərbaycan nümayəndəliyinin rəsmi saytı hazırladı.
Elektron resurs www.siemens.az ünvanında yerləşir və hal-hazırda ingilis dilində fəaliyyət göstərir. Yaxın günlərdə azərbaycan və rus dilləri də tətbiq olunacaq. Bundan əlavə digər bölmələr də işıq üzü görəcək.
İstifadəçilər sayt çərçivəsində konsern nümayəndəliyinin Azərbaycanda əsas fəaliyyət istiqamətləri və lazım olan əlaqə məlumatlarını əldə edə bilərlər.
 
  6.10.2004
Ənənə davam edir

Network Technologies şirkəti BakuTel 2004 informasiya kommunikasiya texnologiyaları sərgisinin iştirakçısı olmuşdur. Sərgi çərçivəsində İnternet News qəzeti İteca Caspian şirkətinin dəstəyi ilə birlikdə sərginin rəsmi BakuTel News qəzetinin iki sayını nəşr etdirdi.
Bu nəşr sərginin özünəməxsus bələdçisi olmaqla, orada baş verən hadisələri əks etdirirdi. Qəzetdə İKT sahəsində çalışan şəxslərlə müsahibə, xəbərlər, sərgi və hadisələr haqqında məlumatlar yerləşdirilmişdir. Qəzet sərgi zamanı pulsuz paylanılırdı.
Qeyd etmək istərdik ki, İnternet News sərginin rəsmi qəzetini artıq üç ildir ki nəşr edir. Qəzetin hər iki nömrəsini PDF formatında aşağıdakı ünvanlardan yükləyə bilərsiniz: 1 - 29.09.042 - 1.10.04
 
  15.09.2004
NT-dən yeni xəbərlər

Network Technologies şirkəti qəzetinin rəsmi saytını hazırladı. Elektron resurs www.azerizv.az ünvanında yerləşir və rus dilində fəaliyyət göstərir. İstifadəçilərə nəşrin ən-ənəvi bölmələri ilə, arxiv və s. ilə tanış olmağa imkan yaradır.
 
  20.08.2004
Şəbəkədə yeni standartlar

Network Technologies şirkəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və patent üzrə dövlət agentliyinin rəsmi saytını hazırladı. Elektron resurs azərbaycan dilində www.azstand.gov.az ünvanında fəaliyyət göstərir.
Resurs çərçivəsində istifadəçi agentliyin fəaliyyəti haqqında, bu sahədə qanunvericilik və s. sahələr üzrə tanış ola bilər.
Resurs inkişafın ilkin mərhələsindədir və yaxın günlərdə sayt mükəmməlləşdiriləcək və resurs rus və ingilis dillərində fəaliyyət göstərəcəkdir. Sayt BMT İP-nın maliyyə dəstəyi ilə hazırlanmışdır.
 
  5.05.2004
Layihənin ikinci fazası başlamışdı

Network Technologies şirkəti Avropa Şurası və AR Maliyyə Nazirliyi tərəfindən realizə olunan Accounting Standards in Azerbaijan layihəsinin ikinci mərhələsinin həyata keçirilməsinə başlamışdır. Layihə Milli mühasibat standartlarının (National Accounting Standards) Beynəlxalq mühasibat standartlarına(International Accounting Standards) uyğunlaşdırılmasına yönəlib. İkini mərhələdə Network Technologies şirkəti layihəyə texniki müşaiyəti təqdim edəcək.

Qeyd etmək istərdik ki, birinci mərhələdə layihənin rəsmi elektron ünvanı olan www.nasproject.az yaradılmışdır. Resurs Azərbaycan və Rus dillərində fəaliyyət göstərir.
 
  11.03.2004
RVN ünsiyyətə yardım edir

Network Technologies tərəfindən növbəti internet layihənin hazırlanması başa çatıb. KMT şirkətinin saytı artıq hazırdır. Resurs www.kmt.az ünvanında yerləşdirilmişdir. İngilis dilli sayt şirkətin xidmətləri haqqında və digər informasiyanı özündə əks etdirir.
  • DİZAYN
  • HOSTİNQ
  • DOMENLƏRİN QEYDİYYATI
  • PROQRAMLAŞDIRMA
  • NƏŞRİYYAT
  • REKLAM
  • KONTENT





  • Bakı, AZ1000, Azərbaycan
    l./ Faks: (994 12) 498-05-19
    E-mail: office@nt.az